Sponsor qələbədən ruhlandı, pul ayırdı, söz verdi ki…

13 Aprel 2022 09:40 Səbail 894
Sponsor qələbədən ruhlandı, pul ayırdı, söz verdi ki…

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) “Səbail“ə mükafat ayırıb.

Premyer Liqanın 22-ci turunda “Qəbələ“yə 3:0 hesabı ilə qalib gələn Bayıl təmsilçisi baş sponsoru tərəfindən “ənam“a layiq görülüb.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev bu qarşılaşmanı canlı izləyib.

O, oyundan sonra komandanın paltardəyişmə otağına enərək, futbolçuları sevindirib. R.Vəliyev həm sərgilənən futboldan, həm də qələbədən zövq aldığını, uğurlu nəticənin davamını gözlədiyini bildirib.

Qapalı Səhmdar Cəmiyyətin başçısı rəqəmi açıqlamasa da, qeyd edib ki, kluba diqqəti artıracaq və mövcud problemlər qısa zaman kəsiyində aradan qaldırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti