“Səbail” ilk baş məşqçisinə geri qayıtmağı təklif etdi

12 Aprel 2022 21:20 Səbail 1 640
“Səbail” ilk baş məşqçisinə geri qayıtmağı təklif etdi

“Səbail” ilk baş məşqçisi Elman Sultanova dəvət göndərib.

Bayıl təmsilçisi ona əvəzedici komanının sükanı arxasına keçməyi təklif edib.

2016-cı ilin yayında yaradılan klubu I Divizionda keçirdiyi debüt sezonunda Sultanov çalışdırıb. “Dənizçilər” ikinci yeri tutaraq, Premyer Liqaya vəsiqə qazanıb, burada isə onu Samir Əliyev əvəzləyib.

Sultanov hazırda “Neftçi” Futbol Akademiyasında U-17 komandasının baş məşqçisidir. Hazırda burada işləri heç də qaydasında getmir.

Baş koordinator Elşad Əhmədovla problem yaşayıb. Sultanov işinə müdaxilə edilməsi səbəbi ilə klub rəhbərliyinin qapısını döyüb.

O, mövsümün sonunda buradan ayrılmaq istədiyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti