Kütlənin ziddinə gedən Hacıyev - Ümid edək ki...

11 Aprel 2022 23:20 Səbail 536
Kütlənin ziddinə gedən Hacıyev - Ümid edək ki...

Azərbaycan Premyer Liqasında hər kəsin narazı qaldığı öncül məsələ klub sayının azlığıdır.

Elə bir o qədər narazılıq yaradan digər məsələ isə olan-qalan 8 klubdan cəmi birinin bölgə klubu olmasıdır.

Hə, artıq say iki oldu. AFFA illərdi hamının dediyi, özünün isə isararla "müstəqil klubdu özləri qərar verə bilər" cavabına rəğmən "Keşlə"ni bircə gündə "Şamaxı" adına dəyişə bildi. Adıçəkilən bölgəyə göndərmək isə 3-5 aylıq zaman aldı. Bu qədər qısa yəni.

Futbol ictimaiyyətinin növbəti hədəfi digər "Bakı "sakinləridi". "Zirə"si, "Sabah"ı və "Səbail"i. Ən əsas da sonuncu adı çəkilən Bayıl təmsilçisi futbol ictimiyyətinə heç vaxt yapışmayıb da. Hər zaman da məqsədsiz, məramsız, bir məmur övladının məşğuliyyəti üçün yaradılan komanda kimi yaddaşlara həkk olub. Heç medal qazanıb, avrokuboklar da çıxış etmək də bu soyuqluğu isitməyib.

"Keşlə"dən sonra ümidlər böyükdür ki, eyni yanaşma "Səbail"ə də göstərilə bilər. Amma və lakin...

Dünən "Qəbələ" üzərindəki qələbədən (3-0) sonra komandanın baş məşqçisi Aftandil Hacıyevin "Səbail"in yaşaması üçün hər bir şəraitə razı olmuşuq. Amma şükürlər olsun ki, bu gün rəhbərimiz diqqəti artırıb. Oyuna gəlmişdilər. Onların oyuna gəlməsi də, ola bilər, futbolçuların istəyini artırmışdı. Bundan sonra "Səbail" üçün yaxşı günlər gözlənilir. Növbəti mövsüm üçün daha rəqabətli heyət formalaşdırmağımız gözlənilir. Bunu, rəhbərlik istəyir" - deməsi həmin ümidləri suya atmış oldu.

Ümumiyyətlə, Hacıyev kimi istedadlı və sanballı bir çalışdırıcının hələ də gələcəyini bu klubda görməsi, mənim üçün elə "Səbail"in yaşaması qədər üzücüdür.

Ümid edək ki, nə gənc mütəxəssisin çalışması, nə də rəhbərliyin cəhdləri belə bir klubun yaşamasına kömək etməyəcək. Onun özünü isə qarşıdakı illər "Turan", "Kəpəz" kimi köklü komandalarda görəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti