"Səbail"ə bir "5"

11 Aprel 2022 14:40 Səbail 612
"Səbail"ə bir "5"

Çoz uzun çəkən aradan sonra nəhayət ki, «Səbail» də qələbəni daddı.

Axır 7 turu məğlubiyyətlə bitirmiş «Səbail» umduğunu «Qəbələ»dən aldı.

Aşkar göründü ki, Aftandil Hacıyev rəqibini A-dan Z-yə incələyib.

Bu, işin bir tərəfidir. Tapşırıqları icra edən komandadır və onun futbolçuları bir nəfər kimi göstərişi yerinə yetirməyi bacardı.

Bu xüsusda Adil Nağıyevin adını mütləq qeyd etməliyik. Yaxşı ki, keçən dəfə müdafiəçini yüngülvari tənqid elədik, haqlı iradlarımızı bildirdik.

«Qarabağ»la ötən qarşılaşmada yol verdiyi hərəkətdən dolayı qınadığımız Adilin bundan nəticə çıxardığını sərgilədiyi oyunla göstərdi.

Mövsüm ərzində ən yaxşı matçını keçirdi, ilk qolunu vurdu. Ardını gətirsin təki!

«Səbail»in itirməyə heç nəyi qalmayıb. Rahid Əmirquliyev, Rauf Əliyev və Məhəmməd Mirzəbəyov kimi yaşlıların kollektivi öz arxasınca apara bilməməsini gərək Hacıyev daha əvvəl görəydi.

Onda bəlkə bu qədər məğlubiyyət üst-üstə yığılmazdı, kollektiv ruhu dağılmazdı. Gənclərə nə qədər çox üstünlük versə, bir o qədər başının ucalığıdır.

Gördüz də, İbrahim Aslanlını. İlk dəqiqələrdən meydana çıxdı, aslanlar kimi oynadı, uzun müddət unudulmayacaq möhtəşəm bir qol vurdu.

Bakıda fəaliyyət göstərən taksi şirkətləri onun fərqləndiyi məsafədən mənzil başına 5 manatdan az qiymət yazmır. Biz də İbrahimə «5» yazırıq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!