“Sağlam futbolçumuzu zədələyib üstümüzə göndəriblər” – İLGİNC FAKT

9 Aprel 2022 20:40 Səbail 686
“Sağlam futbolçumuzu zədələyib üstümüzə göndəriblər” – İLGİNC FAKT

“Turan Manafov hazırda komandanın həkimləri tərəfindən müalicə alır.

Belindəki zədənin müalicəsi ilə məşğuldurlar”.

“Səbail”in icraçı direktoru Fərəc Əliyev Sportinfo.az-a açıqlamasında “Olimpiakos Volos”dan ayrılaraq vətənə qayıdan Turan Manafovun hazırkı durumu haqda danışıb.

Yayda icarə müqaviləsi əsasında Yunanıstana yollanan azərbaycanlı futbolçu “Olimpiakos Volos”da 4 oyun keçirəndən sonra belindən xəsarət alıb ki, klub onun müalicəsi ilə məşğul olmayıb.

Üstəlik, həmyerlimizə çatacaq pulu da ödəməyib. “Səbail” rəsmisi bu mövzuda ilginc açıqlama verib:

“Turanı ora sağlam göndərmişdik. Hətta gedən kimi 4 oyuna çıxmışdı. Orada zədə alandan sonra klubdan heç kim futbolçu ilə maraqlanmayıb.

Nə müayinə ediblər, nə də müalicə. Bunlar bir tərəfə, ağrıkəsici tablet belə verən olmayıb. Sağlam futbolçumuzu zədələyib üstümüzə göndəriblər. İndi Turanı sağaltmağa çalışırıq”.

Turan Manafov “Səbail”lə mayda bitəcək müqaviləsinin müddətini bu ilin sonuna qədər uzadıb yaya qədər Yunanıstan klubuna icarəyə verilmişdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti