Tanınmış azərbaycanlı sabiq futbolçu “dilinin badına getdi”

8 Aprel 2022 23:00 Səbail 682
Tanınmış azərbaycanlı sabiq futbolçu “dilinin badına getdi”

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Səbail"in məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Sportinfo.az xəbər verir ki, buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq, "Qarabağ"la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Məşqçi daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu