Premyer Liqa klubunda məşqçi ayrılığı olacaq

2 Aprel 2022 20:40 Səbail 1 358
Premyer Liqa klubunda məşqçi ayrılığı olacaq

«Səbail»in məşqçi korpusunda ayrılıq gözlənilir.

2017-ci ildən Aftandil Hacıyevin köməkçisi olan Emin Ağayev düşərgəni tərk etməyə hazırlaşır.

Millinin sabiq müdafiəçisi, böyük ehtimalla, karyerasını Premyer Liqanın başqa bir klubunda davam etdirəcək.

Ağayev bugünlərdə AFFA-ya müraciət edib. O, Rusiya vətəndaşlığından imtina eləmək və Azərbaycan pasportu almaq niyyətində olduğunu bildirib.

Hacıyevin yardımçısı hüquqi prosesin həyata keçirilməsində ona köməklik göstərilməsini istəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti