"Bəlkə də bu, "Qarabağ"ın ziyanına ola bilər"

2 Aprel 2022 15:00 Səbail 924
"Bəlkə də bu, "Qarabağ"ın ziyanına ola bilər"

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə liderlə autsayderin matçı ilə başa çatacaq.

Son üç qarşılaşmada qələbə qazanan “Qarabağ” yeganə məğlubiyyətini aldığı “Səbail”dən revanş almağa çalışacaq. Fasilə müddətində ən kasad heyətlə məşq edən kollektiv "Qarabağ" oldu.

Futbolçularının böyük əksəriyyəti milli komandalara dəvət almışdı. Bu məqamı "Səbail" üçün üstünlük saymaq olarmı?

Bayıl təmsilçisindən Mirsahib Abbasovu dinləyək:

"Bəlkə də bu, "Qarabağ"ın ziyanına ola bilər. Amma "Qarabağ" komanda olaraq belə şeylərə çoxdan öyrəşib.

Belə hal birinci dəfə yaşanmır. İnanıram ki, bu dəfə bu hal onların gücünü azaldar".

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti