"Qarabağ" haqqında ancaq xoş sözlər demək olar"

1 Aprel 2022 23:40 Səbail 1 090
"Qarabağ" haqqında ancaq xoş sözlər demək olar"

"Rəqib çox güclü rəqibdir.

"Qarabağ" haqqında ancaq xoş sözlər demək olar. Bizi sabah çətin oyun gözlədiyini bilirik".

Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ"la oyun haqqında danışan "Səbail"in hücumçusu Mirsahib Abbasov deyib.

Rəqibin güclü olduğunu etiraf edən forvard, həm də xal qazanmaq ümidlərini dilə gətirib:

"Hər şeyə rəğmən, inanıram ki, Suraxanıdan xalla ayrıla bilərik. Komandada ab-hava yaxşıdır. Hər şey qaydasındadır.

Düşünürəm ki, "Qarabağ"la görüşdə qazancağımız yaxşı nəticə növbəti turlar öncəsi bizim özgüvənimizi daha da artırmış olacaq".

"Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Səbail" matçı saat 16:00-da start götürəcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti