Azərbaycan klubu ictimaiyyəti bu cür aldatdı - FOTO

1 Aprel 2022 20:40 Səbail 2 087
Azərbaycan klubu ictimaiyyəti bu cür aldatdı - FOTO

1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur.

Məhz bu gündə dostlar bir-birini aldatmağa çalışır ki, nəticədə ortaya şirin zarafatlar çıxır.

Bu günə Azərbaycan Premyer Liqasının iştirakçısı “Səbail” də rəng qatmağa çalışıb.

Çempionatdakı nəticələri ilə azarkeşlərinin əhvalını korlayan Bayıl təmsilçisi bu dəfə ictimaiyyətlə zarafat etməyə çalışıb.

Klubun “feysbuk” səhifəsində Maykl Essyenin 4 il əvvəl ölkəmizə gəlişindən hazırlanmış fotoları yerləşdirən əməkdaşlar bu sözləri yazıb:

“Heydər Əliyev adına Beynəlxalq Hava Limanında işgüzar bir gün. O artıq Bakıdadır”.

Məzəli zarafatla izləyicilərini aldatmağa çalışan klubun tilovuna düşənlər olub. Lakin söhbətin 1 Aprel zarafatından getdiyini anlayanlar da tapılıb.

Etdiyi zarafata görə “Səbail”i alqışlamağa dəyər. Ümid edək ki, sponsorlar məlum paylaşımı görməyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti