«Səbail»in legioneri Camal Araqo Azərbaycanda qalıb-qalmayacağını hələ dəqiqləşdirməyib.
Sportinfo.az xəbər verir ki, Liberiya yığmasının müdafiəçisi bu haqda deyib:
«Hər oyun mübarizə aparmağı düşünürük. Öz peşəkarlığımızı qorumalıyıq. Sona qədər döyüşəcəyik.
Hazırda bütün diqqətim klubdadır. Yeni mövsümlə bağlı bir şey deyə bilmərəm».

