"Səbail"in legioneri Yurgen Qoxa Sportinfo.az-a açıqlama verib.
Albaniyalı müdafiəçi mövsümün sonu ölkəsinin "Teuat" komandasına mümkün keçidindən münasibət bildirib:
"Bu barədə məndə konkret heç nə yoxdur. "Səbail"lə olan müqaviləm may ayında bitir. Əgər iki tərəf arasında qarşılıqlı razılıq olsa, mən yenidən Bakıda qalacam".
Təcrübəli müdafiəçi bu mövsüm "Səbail"də 20 oyun keçirib və 2 dəfə rəqib torunu silkələməyi bacarıb.
29 yaşlı legioner oyunçu daha əvvəl ölkəmizdə "Qəbələ"nin şərəfini qoruyub.
XANOĞLAN

