“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) baş sponsor olduğu “Səbail”in yeni inkişaf modelini hazırlayır.
Bu barədə ASCO-dan Bayıl təmsilçisinə bildiriş daxil olub.
Məlumat verilib ki, cəmiyyətin İdarə Heyətinin sədri Rauf Vəliyev klubun mövcud vəziyyətindən narahatdır və burada islahatların aparılmasına dair göstəriş verib.
ASCO-nun bir nömrəli idarəçisi baza, stadion, büdcə və digər problemlərlə bağlı hesabatın hazırlanmasını tapşırıb. Onun yaxın vaxtlarda klub təmsilçiləri ilə görüşü gözlənilir.
SPORTİNFO.AZ

