Bir müddət əvvəl "Səbail"in təcrübəli futbolçuları Əfran İsmayılov və Rauf Əliyev arasında yaşanan dialoq mətbuatda geniş rezonans yaratmış və futbolçular ciddi tənqid olunmuşdular.
Məlum videoda əndazəni aşan futbolçularına cəza olaraq baş məşqçi Aftandil Hacıyev mətbuat danışmaq qadağası qoymuş və onlara sərt üzünü göstərmişdi.
Qadağa qüvvədən düşər-düşməz mətbuata məsələ barəsində yenidən danışan Əliyev qaş düzəldən yerdə göz çıxardıb. Səhvinə kor olmaq, heç də xoş olmayan əməlinə peşman olmaq əvəzinə forvard öz aləmində mətbuatı qınamağa, ağıl öyrətməyə çalışıb.
Sitat: "Əfranla həmin video bəzi yerlərdə bir az şişirdildi. Bəziləri artıq və əlavə boş-boş yazılar yazmışdı. Yəni, heçnədən şişirdildi məsələ. Amma anlayışla qarşılayanlar da çox oldu. Halbuki adi zarafat idi. Hamı bilir ki, Əfran İsmayılovla uşaqlıqdan birlikdə böyümüşük. Onunla adi zarafat etdik. Böyük problem yox idi, sadəcə artıq yazanlar olmuşdu".
Vəzifəsi qol vurmaq olan, amma 4 aydan artıq müddətdir qol nədi bilməyən Rauf Əliyev, olmuya mətbuata yol göstərmək, ağıl öyrətmək vəzifəsinə təyin olunub? Bərəkallah ...
SPORTİNFO.AZ

