"Belə oyunla nəyəsə ümid etmək olmaz" - ACI ETİRAF

16 Mart 2022 23:20 Səbail 734
"Belə oyunla nəyəsə ümid etmək olmaz" - ACI ETİRAF

"Uzun müddətdir qələbə qazana bilmirik. "Keşlə" ilə matç bu tilsimi qırmaq üçün bizə bir fürsət idi".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"yə məğlubiyyət (0-3) haqqında danışan "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli oyunçu gözləniləndən zəif çıxış etmələrinə izah tapa bilmədiyini dilə gətrib: "Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaqla rəqibə yaxınlaşa bilərdik. Təəssüflər olsun ki, meydanda istədiyimiz oyunu göstərə bilmədik. Çox zəif təsir bağışladıq. Açığı, bunun nə ilə bağlı olduğunu bilmirəm".

Əmirquliyev rəqibin layiqli qələbə qazandığını səmimi etiraf edib: "Belə oyunla nəyəsə ümid eləmək olmazdı. Düşünürəm ki, "Keşlə" layiqli qələbə qazandı".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti