"Səbail"in müdafiəçisi Yurgen Qoxa mövsümün sonu komandanı tərk edəcək.
Albaniyalı legioner karyerasını vətənində davam etdirməyə qərar verib.
Onunla yerli "Teuta" yaxından maraqlanır.
Əslində təcrübəli oyunçu qışda bu kluba keçməli idi. Hətta danışıqlar aparılmışdı da. Amma müdafiəçinin Bayıl təmsilçisi ilə müqaviləsinin olması onun istəyinin baş tutmasına mane olmuşdu.
29 yaşlı futbolçunun mövsümün sonu belə bir dərdi olmayacaq. Çünki onun "Səbail"lə anlaşması yayda qüvvədən düşəcək.
Albaniyalı bu mövsüm "Səbail"də 20 oyun keçirib və 2 dəfə rəqib torunu silkələməyi bacarıb. Legioner oyunçu daha əvvəl ölkəmizdə "Qəbələ"nin şərəfini qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ

