AFFA başqa bir klubu Zaur Axundovun ixtiyarına verir?

14 Mart 2022 15:00 Səbail 1 899
AFFA başqa bir klubu Zaur Axundovun ixtiyarına verir?

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundovun yeni mövsümdə «Səbail»in başına gətiriləcəyi barədə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan iddiaya görə, AFFA Bayıl təmsilçisini iş adamına tapşırmaq niyyətindədir.

Hətta bu da bildirilir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

Sportinfo.az gerçəyi öyrənib. Redaksiyamıza məlum olub ki, AFFA həqiqətən «Səbail»ə yeni patron axtarır. Və elə birisini tapmağa çalışır ki, onların bir sözünü iki eləməsin, «cızığ»ından kənara çıxmasın.

Federasiyanın namizədliyini gözdən keçirdiyi bir neçə şəxs var, Zaur Axundov isə həmin siyahıda yer almır.

Çünki o, umumiyyətlə, futboldan bir qədər uzaqlaşmaq, fəaliyyətini yalnız Azərbaycan Futzal Federasiyasının prezidenti olaraq davam etdirmək fikrindədir.

Tanınmış biznesmenin son vaxtlar AFFA ilə münasibətlərində yaranmış soyuqluq da aradan qalxmayıb. Federasiya «Keşlə»ni «Şamaxı»ya çevirəndən və bu rayona köçlə bağlı qərar alandan sonra ortalığa bir sıra suallar çıxıb.

O da məlum olub ki, AFFA-nın Axundova külli miqdarda borcu var və həmin pulun qaytarılması problemə çevrilib. İş adamı kluba xərclədiyi şəxsi vəsaitini geri almaqda israrlıdır Nə olursa, olsun!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti