Bəribaşdan «Səbail»i təbrik edirəm!
Qələbəsizlik seriyasını 11 tura çatdırmasına, növbəti məğlubiyyətə görə.
Doğrudan da, göstəricidir bu. Bir az da belə getsə, yeni antirekordlar qıracaqlar.
Sözün açığı, son illərdə Azərbaycanda «Səbail» kimi ikinci komanda görmədim. Adamlar uduzmaqdan ötrü necə sinov, əldən-ayaqdan gedərmiş, Allah-Allah…
Var paltardəyişmə otağında məğlub olmaq. Var meydanda məğlub olmaq. «Səbail»in futbolçuları hələ stadiona gəlməmiş, avtobusdan yerə enməmiş məğlubiyyətin qoxusunu ciyərlərinə çəkir, «oxayyy, ləzzət…» deyir.
Biri onuna, onu birinə dəyməz. Futbolçu olaraq. Aftandil Hacyev bunlara forma geyindirməsə, elə bilərəm, odunçudurlar, meşəyə aparardım yoxsa.
Getsinlər, bir az çör-çbp yığsınlar, qarşıdan Novruz bayramı gəlir, tonqalın üstündən üstündən hoppanmaq lazım olacaq. Guya başqa nəyə yarayırlar ki?
Deyilənə görə, komandanın heyətində meydana çıxanlardan 500-1000 manat maaş alanlar da var, 6000 dollar alan da.
Vallah, mən «Xəzər Dəniz Gəmiçiliyi»nin rəhbərliyinin yerinə olsam, 300 manatdan artıq əməkhaqqı vermərəm bunlara.
Bu pul da çoxdur onlara.
BİZ

