Baş sponsor klub rəhbərliyi qarşısında tələb qoydu – Bundan artıq legioner gətirməyin

10 Mart 2022 13:00 Səbail 2 243
Baş sponsor klub rəhbərliyi qarşısında tələb qoydu – Bundan artıq legioner gətirməyin

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) baş sponsoru olduğu “Səbail“i yeni tələbi ilə tanış edib.

Himayədar təşkilat klub rəhbərliyindən burada olan legionerlərin sayının daha da azaldılmasını istəyib.

Bu, tərəflərin görüşü zamanı diqqətə çatdırılıb. Bildirilib ki, gələn mövsümdə komandadakı əcnəbi futbolçuların sayı 3-ü keçməməlidir.

ASCO-nun nümayəndələri qeyd edib ki, onlar konsepsiyanı dəyişiblər və bundan sonra gənclərə üstünlük verilməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti