Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT sistemindən ayırıb.
Bu barədə Aİ-nin rəsmi jurnalında yayımlanan sənəddə qeyd olunub.
Sözügedən banklar “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF”dir.
Bundan əlavə, bir neçə istisna olmaqla, Rusiyaya avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan olunub.
Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Ukraynadakı vəziyyətlə əlaqədar olduğunu bildirib.
Bu vəziyyət Azərbaycandakı futbol adamlarına da problem yaradıb. Onlardan biri Emin Ağayevdir.
«Səbail»in məşqçisi Rusiyada yaşayan ailə üzvlərinə pul göndərə bilmir. Aftandil Hacıyevin köməkçisi bir neçə banka müraciət etsə də, heç biri köçürmə əməliyyatını həyata keçirməyib.
Rusiya banklarına aid kartları bloklanan Ağayevə xəbərdarlıq olunub ki, pulu yalnız poçt vasitəsilə vətəndaşlığını daşıdığı ölkədəki ünvana göndərə bilər.
SPORTİNFO.AZ

