“Səbail”in fransalı hücumçusu Nikolas Raysel Azərbaycan Premyer Liqasının 18-ci turunun “Neftçi” ilə görüşündən sonra şəxsi “instaqram” səhifəsində paylaşım edib.
Sportinfo.az xəbər verir ki, paytaxt klubunun legioneri “Neftçi”yə 0:2 hesablı məğlubiyyət haqda bunları yazıb:
“Nəticəyə görə məyusuq. Səhvlərimizdən dərs çıxarırıq. Hamımız birlikdə irəliyə baxmalıyıq”.
Raysel komandasının yenilgisinin əsas səbəbkarlarından biridir. Məhz onun kobud səhvindən sonra – 73-cü dəqiqədə ev sahibləri hesabı açıb.


