"Səbail"in 100-ü “Neftçi”nin yeni transferindən gəldi

7 Mart 2022 14:20 Səbail 672
"Səbail"in 100-ü “Neftçi”nin yeni transferindən gəldi

“Səbail” Premyer Liqada səfərdə 100-cü qolunu buraxıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu topa “Neftçi”nin yeni müdafiəçisi Azər Salahlı imza atıb.

0:2 hesabı ilə uduzan “dənizçilər” 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü. XVIII turun qarşılaşmasında bu rəqəm 100-ə çatıb.

“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb.

Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 432 qol buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti