"Səbail" bu gün Premyer Liqada növbəti məğlubiyyətini "Neftçi"dən aldı. Komanda artıq 4 aya yaxındı qələbə nədi bilmir.
Amma futbolçuların əhvalı heç də pis deyil. Şən və gülərüzdülər.
Bunu bilmək üçün bugünkü matçdan əvvəl yaşananları görmək yetərlidi.
Belə ki, komandanın təcrübəli simalarından biri Əfran İsmayılov klubun mətbuat xidmətinə müsahibəsində matçı dəyərləndirib.
Əfrana ünvanlanan "qarşıdakı 10 görüşlə bağlı nə düşünürsən?" sualını Rauf Əliyev kənardan gülərək keçincə İsmayılov "Bununla qarşıdakı 10 oyunu neyləmək olar axı?" - deyə cavablayıb.
İsmayılovun cavabı yaxınlıqda olan komanda yoldaşlarının da gülüşünə səbəb olub.
Təbii ki, məğlub olmağı heç bir komanda və heç bir futbolçu istəməz. Amma komanda rəhbərliyi normal klub idarə etməyəndə futbolçuların da yanaşması, ciddiyəti məhz belə olur...
SPORTİNFO.AZ

