"Səbail"in legioneri Yurgen Qoxa Sportinfo.az-a açıqlama verib.
Albaniyalı legioner 4 aydı qələbə üzünə həsrət qalan komandasının uğursuzluğundan söz açıb: "Əksər matçlarda şans bizimlə olmadı. Yaxşı matçlar keçirdik, amma sonda uduzduq. Ən qısa zamanda müsbət nəticələr qazanmağa ümid edirik".
"Səbail"i bu tur çətin matç gözləyir. Komanda son çempion "Neftçi"nin qonağı olacaq. Əcnəbi futbolçu rəqibin adını baxmayaraq meydana qələbə üçün çıxacaqlarını deyib:
"Neftçi" çox yaxşı komandadır. Hazırda da əla formadadılar. Son 3 görüşdə qələbə qazanıblar. Amma hər şeyə rəğmən qalib gəlməyə çalışacağıq. İnşallah, uğur bizimlə olacaq".
XANOĞLAN

