Premyer Liqa klubunun idman direktoru “yaman yerdə axşamladı“ - ŞÜBHƏLİ MƏQAM

3 Mart 2022 10:40 Səbail 5 885
Premyer Liqa klubunun idman direktoru “yaman yerdə axşamladı“ - ŞÜBHƏLİ MƏQAM

Dünən xəbər verdiyimiz kimi, “Səbail”də qəfil maliyyə təftişi başlayıb.

Yoxlama “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) tərəfindən aparılır.

ASCO-nun nümayəndələri baş sponsoru olduğu Bayıl təmsilçisinin mühasibatlıq sənədlərini incələyir.

Maraq üçün deyək ki, bu, son 3 ildə həyata keçirilən ilk belə yoxlamadır. Qapalı Səhmdar Cəmiyyət “dənizçilər”ə ayırdığı vəsaitin iütiqaməti üzrə xərclənib-xərclənmədiyini araşdırır.

Artıq bəzi nəticələr üzə çıxmaqdadır. Və bu, klubun həyatında fərqli proseslərə yol aça bilər.

İdman direktoru vəzifəsini yerinə yetirən Fərəc Əliyevin imzaladığı müəyyən sənədlər audit tərəfindən şübhə doğurub. Söhbət xərclərin şişirdilməsindən gedir.

Odur ki, “Farik“ ləqəbi ilə tanınan funksioner sorğu-suala çəkilib və onunla bağlı ayrıca araşdırmanın aparılması üçün ASCO rəhbərliinə xüsusi raport hazırlanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti