"Neftçi" ilə oyun öncəsi paytaxt klubundan yeni İKİ XƏBƏR

2 Mart 2022 23:40 Səbail 1 100
"Neftçi" ilə oyun öncəsi paytaxt klubundan yeni İKİ XƏBƏR

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail" son çempion "Neftçi"nin qonağı olacaq.

Uğursuzluq zolağından heç cür çıxa bilməyən "dənizçilər" matça ciddi itki ilə çıxacaq. Belə ki, aktivində 4 sarı vəqəsi olan Camal Araqo görüşü buraxmaq məcburiyyətindədir.

Amma digər əcnəbi Domantas Şimkusun durumu Aftandil Hacıyevi sevindirməyə bilməz. Zədə səbəbindən son iki turu buraxmaq məcburiyyətində qalan litvalı legionerin durumu qənaətbəxşdir.

Təcrübəli yarımmüdafiəçi artıq komanda ilə məşqlərə start verib. Onun "Neftçi" ilə matçda meydanda olmaq ehtimalı yüksəkdir.

"Neftçi" - "Səbail" qarşılaşması fevralın 5-i, saat 19:15-də start götürəcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti