“Səbail”in aylardan bərip davam edən əsas problemlərindən biri həllini tapıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) kluba olan maaş borcunu ödəyib.
İki il çəkən fasilədən sonra klubun bazasını ziyarət edən baş sponsorun nümayəndələri vəd edib ki, bundan sonra əməkhaqlarının ödənilməsində uzun “quyruqlar“ əmələ gəlmiəyəcək.
ASCO-nun təmsilçiləri “dənizçilər”in üzləşdiyi problemləri dinləyib və sonda bütün suallara aydınlıq gətiriblər.
Bildirilib ki, “Səbail”in dağılacağı haqda yayılmış xəbərlər əsassızdır və əksinə, klubun yaxşı günləri hələ qabaqdadır.
Qeyd olunub ki, “Səbail”in inkişafına dair yeni layihə üzərində iş gedir və maliyyə çətinlikləri müvəqqəti haldır, tezliklə bitəcək.
SPORTİNFO.AZ

