Baş sponsor Premyer Liqa klubunda görüş keçirdi, vəd etdi ki...

1 Mart 2022 15:00 Səbail 1 561
Baş sponsor Premyer Liqa klubunda görüş keçirdi, vəd etdi ki...

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) rəhbərliyi “Səbail”də görüş keçirib.

İki il çəkən fasilədən sonra klub nümayəndələri ilə bir araya gələn baş sponsor gündəmdə yer alan məsələlərlə bağlı müzakirə aparıb.

ASCO-nun təmsilçiləri “dənizçilər”in üzləşdiyi problemləri dinləyib və sonda bütün suallara aydınlıq gətiriblər.

Bildirilib ki, “Səbail”in dağılacağı haqda yayılmış xəbərlər əsassızdır və əksinə, klubun yaxşı günləri hələ qabaqdadır.

Qeyd olunub ki, “Səbail”in inkişafına dair yeni layihə üzərində iş gedir və maliyyə çətinlikləri müvəqqəti haldır, tezliklə bitəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti