“Səbail”in baş məşqçisi Aftandil Hacyev nizam-intizamı gücləndirməyin yolunu tapıb.
Çalışdırıcı son vaxtlar narazı qaldığı futbolçuların bütün fikrini bir yerə toplamağın çarəsini oteldə görüb.
Onun istəyi ilə klub rəhbərliyi əlavə vəsait ayırmalı olub. Həmin məbləğ hər oyundan 2 gün öncə oteldə toplanış keçmək üçün sərf edilir.
Hacıyevin fikrincə, komandanın ardıcıl məğlubiyyətləri və əksər futbolçuların tez-tez zədələnməsi gündəlik rejimə əməl etməməsi, gecə həyatına üstünlük verməsi ilə əlaqədardır. İstər yaşlısı olsun, istər gənci.
«Səbail» 16 turdan sonra 11 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. «Dənizçilər» növbəti turda «Zirə» ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ

