AFFA və ASCO (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti) arasında görüşmə baş tutub.
Burada ”Səbail”in mövcud vəziyyəti müzakirə edilib.
Hər iki tərəf kluba dəstək məqsədilə səyləri artırmaq barədə ortaq məxrəcə gəlib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” baş sponsoru olduğu Bayıl təmsilçisi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə söz verib. Federasiya da öz növbəsində xərclərin bir qismini daxili imkanları hesabına qarşılaycağını açıqlayıb.
SPORTİNFO.AZ

