Premyer Liqa klubundan 60-cı... Bu da onlar!

23 Fevral 2022 03:00 Səbail 646
Premyer Liqa klubundan 60-cı... Bu da onlar!

“Səbail” Premyer Liqada 60-cı səfər oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Bakı klubunun yubileyi “Qəbələ” ilə səfər matçına təsadüf edib.

Bu görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

60 səfər qarşılaşmasında 14 qələbəsi olan paytaxt təmsilçisi 12 dəfə heç-heçə edib. Bakılılar rəqib meydanında 34-cü məğlubiyyətini alıb.

Bunadək 24 komanda səfərdə 60 və daha çox oyun keçirmişdi. “Səbail” bu siyahıda 25-ci olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti