"Məğlubiyyətin əsas səbəbini bunda yox, buraxılan ilk qolda görürəm"

20 Fevral 2022 20:40 Səbail 773
"Məğlubiyyətin əsas səbəbini bunda yox, buraxılan ilk qolda görürəm"

“Qəbələ”ylə oyuna yaxşı hazırlaşmışdıq və səfərə böyük istəklə yollanmışdıq. Təəssüf ki, yekunda istəyimizə çata bilmədik”.

“Səbail”in müdafiəçisi Adil Nağıyev Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutan oyunda “Qəbələ”ylə 0:2 hesablı məğlubiyyəti şərh edib.

26 yaşlı müdafiəçi məğlubiyyətin səbəbini iki amildə görür. Onun fikrincə, ilk topu buraxmasaydılar və ələ düşən imkanları qola çevirsəydilər, nəticə fərqli ola bilərdi:

“Qəbələ” doğma meydanda inamlı təsir bağışlayır. Üstəlik, oranın havası qonaq komandalara çətinlik yaradır.

Amma məğlubiyyətin əsas səbəbini bunda yox, buraxılan ilk qolda görürəm. Hesabda geri düşən kimi böyük qüvvə ilə irəli atıldıq deyə, qapımızda növbəti topu gördük.

Bir də ki, ikinci yarının böyük hissəsində topa nəzarət edən tərəf biz idik. Sadəcə, ələ düşən imkanları qola çevirə bilmədik.

Əvəzində rəqib bunu bacardı. Belə deyim, biz vura bilmədik, onlar vurdu”.

Bu qələbədən sonra xalların sayını 29-a çatdıran “Qəbələ” ikinci pillədəki yerini möhkəmləndirib. “Səbail” isə 16 oyundan topladığı 11 xalla sonuncudur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti