Paytaxt klubundan YENİ TRANSFER - 4 aylıq müqavilə

19 Fevral 2022 11:40 Səbail 929
Paytaxt klubundan YENİ TRANSFER - 4 aylıq müqavilə

"Səbail" yeni futbolçu ilə güclənib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi “Pierikos”dan Tural Bayramlını sıralarına cəlb edib.

24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.

"Sumqayıt"ın yetirməsi olan Bayramlı ölkəmizdə həmçinin “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.

“Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti