“Özünə də dedik ki, nə vaxt istəsən, bura qayıda bilərsən”

17 Fevral 2022 17:00 Səbail 1 330
“Özünə də dedik ki, nə vaxt istəsən, bura qayıda bilərsən”

“Bu, bizim üçün yaxşı xəbər olmadı, çünki tezliklə futbola dönəcəyinə inanırdıq”.

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a açıqlama verib.

Bilinidiyi kimi, Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Rəhimov karyerasını "Səbail"də bitirmək qərarına gəlib. 33 yaşlı müdafiəçinin davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları buna səbəb olub.

Şəhriyar Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümündə "Səbail"in formasını geyinib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, daha əvvəl "İnter", "Karvan", AZAL, "Rəvan" və "Kəpəz"də çıxış edib. Rəhimov Azərbaycan millisində 9 oyun keçirib

A.Hacıyev “Şako” ləqəbli müdafiəçinin problem barədə bunları deyib:

“Onun qasıq nahiyəsində ağrılar var idi. Neçə ay idi ki, müalicə kursu keçirdi. Məşqlərə başlamaq, futbol oynamaq istəyirdi.

Cəhd elədi və hər dəfə “pax”ındakı ağrılar özünü göstərdi. O gün gəldi, karyerasını bitirmək məcburiyyətində olduğunu dedi.

Hələ xeyli müddət müalicə keçəcək. Şəhriyarın karyerası qısa alınsa da, deyə bilərəm ki, yaxşı nəticələr qazandı, bir sıra uğurlarla yadda qaldı.

“Səbail”in heyətində Azərbaycan çemioanatının bürünc medalını qazandı, avrokuboklarda iştirak etdi, dəfərlə milliyə dəvət aldı.

Özünə də dedik ki, qapımız hər zaman sənin üzünə açıqdır, nə vaxt istəsən, bura qayıda bilərsən”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti