"Səbail"in ev oyunlarını keçirdiyi ASCO Arena"nın ot örtüyü gələn mövsümədək dəyişdiriləcək.
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin son iclasından sonra keçirdiyi mətbuat konfransında bildirmişdi.
Artıq arenanın ot örtüyünün süni və ya təbii örtük olması ilə bağlı da seçim edilib. Belə ki, bayıldakı arena indi olduğu kimi yenə süni örtüklə döşənəcək.
Bu barədə saytımıza AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.
XANOĞLAN

