"Bərabərlik qolundan sonra hər şeyin əldən getdiyini başa düşdük"

14 Fevral 2022 22:20 Səbail 924
"Bərabərlik qolundan sonra hər şeyin əldən getdiyini başa düşdük"

"Matça pis başlamadıq. Qabaqda pressinq edib erkən qol vurmaq istəyirdik.

Buna da nail olduq. Sonrakı dəqiqələr də üstünlük bizim tərəfdə idi. Özümüzə inanırdıq, heyf alınmadı".

Bunu Sportinfo.az-a açıqlamasında ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də "Zirə"yə məğlub olan (1:3) "Səbail"in yarımmüdafiəçisi Ruslan Hacıyev deyib.

Matçda hesabı açan cinah oyunçusu bərabərlik qolundan sonra hər şeyin onlar üçün bitdiyini qəbul etdiklərini dilə gətirib:

"Bəlkə də cərimə zərbəsindən vurduğum zərbə qol olsaydı hər şey başqa cür ola bilərdi. Görüşdən əvvəl də nəsə edə biləcəyimizə inanırdıq.

İnanmasaq erkən qol da olmazdı. Amma tək inanmaqla deyil, onu həyata keçirmək lazımdır. Bunu isə bacarmadıq.

Bərabərlik qolundan sonra isə mərhələnin əldən getdiyini başa düşdük. Ondan sonra da ən azından qələbə qazanmaq istəyirdik. Təəssüf ki, o da alınmadı".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti