Azərbaycan klubu futbolçuya görə FİFA-ya müraciət etdi

11 Fevral 2022 21:20 Səbail 1 387
Azərbaycan klubu futbolçuya görə FİFA-ya müraciət etdi

Tural Bayramlı “Səbail”lə danışıqlar masasına əyləşib ortaq məxrəcə gəlsə də, yenidən Azərbaycan Premyer Liqasında oynaması yubanır.

Səbəb yayda onu heyətinə cəlb edən “Pierikos”un futbolçunun “dənizçilər”lə anlaşması üçün tələb olunan beynəlxalq sertifikatı verməməsidir.

Yunanıstan təmsilçisi İnternational Transfer Certificate (Beynəlxalq Transfer Sertifikatı) adlı sənədi “Səbail”ə təqdim etməlidir ki, “dənizçilər” Turalı sifariş edə bilsin.

Onlar isə Bayramlının müqavilə şərtlərini pozduğunu iddia edərək “Səbail”in istəyini yerinə yetirmir.

Hazırda məsələnin nə yerdə olduğunu öyrənmək üçün klubun icraçı direktoru Fərəc Əliyevlə əlaqə saxladıq. “Səbail” rəsmisi problemlə bağlı FİFA-ya müraciət etdiklərini gizlətmədi:

“Tural Bayramlının sifariş etmək üçün İTC göndərilməlidir ki, “Pierikos” icazə kağızını vermir. Başa düşürük, futbolçu ilə problemi var və bununla bağlı aidiyyatı qurumlara müraciət ediblər.

Hazırda məsələ araşdırılma prosesindədir. FİFA-nın bu cür məsələlərdə tövsiyəsi var ki, futbolçu klubla problem yaşayıbsa və həmin problemlə bağlı şikayət olunubsa, məhkəmə prosesi başa çatana qədər futbolçu futbolsuz qalmamaq üçün başqa klubla anlaşa bilər.

Biz də məlum tövsiyədən istifadə edərək FİFA-ya müraciət ünvanladıq ki, Tural azı mövsümün sonuna qədər “Səbail”in şərəfini qorusun.

Müraciəti tranfer “pəncərəsi” bağlanmamışdan əvvəl, fevralın 1-də etmişik. Ümid edirik ki, FİFA araşdırma aparıb Bayramlının “Səbail”də çıxış etməsinə icazə verəcək”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti