Premyer Liqa klubu baş məşqçisi ilə bağlı yeni qərarını verdi

11 Fevral 2022 13:00 Səbail 1 393
Premyer Liqa klubu baş məşqçisi ilə bağlı yeni qərarını verdi

Növbəti mövsüm «Səbail»i çalışdıracaq məşqçinin kimliyinə aydınlıq gəlib.

Bayıl klubu 2018-ci ilin yayından burada çalışan Aftandil Hacıyevlə müqavilənin müddətini daha 1 il uzatmağı qərara alıb.

Komandanın builki nəticələri verilən qərara təsir göstərməyəcək.

Bu, AFFA-nın məsləhətidir. Federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Aftandil Hacıyevə dəstək nümayiş etdirərək, onunla işbirliyinin ən uğurlu variant olması barədə öz tövsiyələrini klub rəsmilərinə çatdırıb. Və təbii ki, onlar da bunu dəyərləndiriblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti