"Zirə" ilə qarşılaşmadan sonra toparlanmaq asan olmadı"

10 Fevral 2022 23:40 Səbail 643
"Zirə" ilə qarşılaşmadan sonra toparlanmaq asan olmadı"

"Azərbaycan kubokunda "Zirə"yə ağır məğlubiyyətdən sonra toparlanmaq asan olmadı".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in legioneri Domantas Şimkus deyib.

Litvalı yarımmüdafiəçi çətinliklərə rəğmən Premyer Liqanın 15-ci turu çərçivəsində "Sumqayıt"la bərabərə qaldıqları (1-1) matça istənilən qədər köklənə bildiklərini düşünür: "Düşünürəm ki, "Sumqayıt"la oyuna çox yaxşı köklənmişdik. Yalnız qələbə qazanmaq istəyirdik. Bizim üçün yaxşı da matç keçdi. Sadəcə xırda detallar sonda bizə qalib gəlməyimizə mane oldu".

26 yaşlı oyunçu komandasının qarşılaşmadakı yeganə qolunun müəllifi oldu. Vurduğu baxımlı qol Şumkusun həm də ölkəmizdəki ilk qolu kimi tarixə düşdü. O, həmin epizodu belə xatırlayır:

"Yaxşı mövqedə topu qəbul etdim. Rəqib futbolçulardan kimsə mənə təzyiq göstərmirdi. Mən də uzaqdan zərbə vurmağa qərar verdim. Yaxşı qol alındı. Amma təəssüf ki, bu qol komandama 3 xal qazandırmadı".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti