Mövsümün sonunda Premyer Liqanı tərk edəcək klub… OLMAYACAQ

9 Fevral 2022 18:00 Səbail 1 454
Mövsümün sonunda Premyer Liqanı tərk edəcək klub… OLMAYACAQ

Premyer Liqada 15 tur arxada qalıb.

“Qarabağ“ 36 xalla liderdirsə, “Səbail” 11 xalla turnir cədvbəlinin sonuncu pilləsində qərarlaşıb.

“Keşlə” onlardan 3, “Sumqayıt” 2 xal qabaqdadır. Amma Bayıl təmsilçisi düşdüyü bu vəziyyətdən narahat deyil.

AFFA-dan gələn xəbər “dənizçilər”i sevindirib. Belə ki, icraçı vitse-prezident Elxan Məmmədovun adından onlara məlumat verilib ki, mövsümün sonunda Premyer Liqanı heç kim tərk etməyəcək.

Həmçinin bildirilib ki, klubun büdcəsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq və böyük ehtimalla, artım olacaq.

Növbəti mövsüm Premyer Liqada 10 klub çıxış edəcək. AFFA bu barədə rəsmi açıqlama yayıb.

Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov ad çəkməsə də, bildirib ki, I Divizion iştirakçıları elitaya gələcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti