“Neftçi” ilə necə danışdığını bilmirəm, maaşını bizdən alacaq”

8 Fevral 2022 14:40 Səbail 1 156
“Neftçi” ilə necə danışdığını bilmirəm, maaşını bizdən alacaq”

“Biz onu təcrübəsinə inanaraq, komandaya dəvət etmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib. Kamran Ağayevin karyerasını birirməsindən sonra qapıçı

axtarışına çıxan “dənizçilər” bu mövqeyə 2 transfer edib. “Zirə”dən” “Neftçi”yə keçən Rəşad Əzizlini 4 aylıq icarəyə götürən “dənizçilər” həmçinin “Sumqayıt”dan Hüseynəli Quliyevlə ilyarımlıq müqavilə imzalayıb.

Gənc çalışdırıcı yeni gələnlərin oyun praktikasının olmamasından narahatdır:

“Rəşad əvvəl də “Səbail”də çıxış edib. Bilirik ki, o, son iki ildə oyun üzü görməyib. Daim ehtiyatda qalması özünü göstərə bilər.

Bununla belə, biz Rəşadın təcrübəsi hesabına komandaya fayda verəcəyinə inanırıq. “Neftçi” onunla müqavilə imzalayan kimi icarəyə götürdük.

Hər halda özü də başa düşür ki, bizdə oynamaq şansı daha çoxdur. “Neftçi” ilə necə danışdığını bilmirəm, maaşını “Səbail”dən alacaq.

Hüseynəli Quliyevə gəlincə, gənc və perspektivlidir. Indiyədək Premyer Liqada meydana çıxmayıb.

Rəqabət üçün bizə lazımdır. Çünki Kamranın gedişindən sonra Elxan Əhmədov tək qalmışdı.

Əslində, qapı xəttində yaranan problemi daha tez həll etmək istəyirdik. Kimlərlə maraqlandıqsa, klubları buraxmadı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti