AFFA Premyer Liqa klubunu bu məkana buraxmadı

7 Fevral 2022 21:20 Səbail 1 699
AFFA Premyer Liqa klubunu bu məkana buraxmadı

AFFA “Səbail”in “Dalğa Arena” ilə bağlı müraciətini mənfi cavablandırıb.

Federasiya aşağı yaş qrupları üzrə yığmaların, həmçinin qadınlardan ibarət komandanın mütəmadi olaraq burada hazırlıq keçməsini səbəb göstərərək, “dənizçilər”ə “yox” deyib.

Odur ki, “Səbail” mövsümün qalan yarısını əvvəlkitək “ASCO Arena”da tamamlamalı olacaq.

Yararsız vəziyyətə düşən arenanın ot örtüyü gələn mövsümədək dəyişdiriləcək. Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, "Səbail" başqa stadion tapa bilsə, işlər sürətləndiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti