“Onun müqavilə ilə məxsus olduğu klubla ciddi problemi var“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail“in baş məşqçisi Aftandil Hacıyev deyib.
O, bir müddətdir düşərgədə yer alan Tural Bayramlının baxışdan uğurla keçdiyini, lakin münasibətləri rəsmiləşdirməkdə çətinliklə üzləşdiklərini bildirib.
Belə ki, yarımmüdafiəçi “Pierikos”dan transfer vərəqini geri ala bilmir. Yunanıstanın II Liqa klubu ilə azərbaycanlı futbolçu arasında yaranmış gərjinlik onun “Səbail“ə keçidini sual altına alb:
“Azərbaycanda “transfer pəncərəsi“nin bağlanmasına 2 gün qalıb. Biz hələ də bilmirik ki, Turalın məsələsi necə olacaq.
Onunla müqavilə bağlamaqda maraqlıyıq. Yunan klubu ilə yaşadığı problemi özü həll etməlidir.
Neçə vaxtdır qalıb belə. Nə məsələdirsə, çox ciddidir, həll edə bilmir“.

