Xarici klub azərbaycanlı futbolçu arasında imza və pul üstündə GƏRGİNLİK

5 Fevral 2022 21:00 Səbail 1 579
Xarici klub azərbaycanlı futbolçu arasında imza və pul üstündə GƏRGİNLİK

21 yaşlılardan ibarət yığmamızın şərəfini qorumuş Tural Bayramlı yeni problemlə üzləşib.

Bir müddət əvvəl “Pierikos”dan ayrılan yarımmüdafiəçinin “Səbail”a keçidi düyünə düşüb.

O, Yunanıstandan qayıtdıqdan sonra paytaxt klubunun düşərgəsinə qoşulub və müqavilə imzalamaq niyyətindədir. Gəl ki, “Pierikos” ona azad agent statusu vermir və sənədləşmə işlərini qəsdən yubadır.

II Liqa təmsilçisinin belə mövqe tutmasına səbəb Turalın buradan narazılıqla ayrılması, müqaviləni birtərəfli qaydada pozması və pn ödənilməsi gərəkən pulu tələb etməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti