Bu cür klub saxlamaq futbola təhqir və utancdır!

3 Fevral 2022 09:40 Səbail 1 313
Bu cür klub saxlamaq futbola təhqir və utancdır!

«Səbail» 2016-cı ildə yaradılıb. Klub ola bilməyiblər bu müddət ərzində.

Qoy hələ bir komanda olsunlar, sonra bu barədə düşünürlər. Gün çox, ay çox, niyə tələssinlər ki…

«Səbail» qış fasiləsindən yeni transfer etmədən qayıdan yeganə Premyer Liqa təmsilçisidir. Ölkə kubokunda rəqabət, görün, nə yerdədir ki, «Səbail» ¼ finalın iştirakçıları arasındadır.

İndi bu yarışmanın dibə necə vurmasının fərqinə varın. Çox əcaib bir mənzərədir. «Səbail» futbolun ölüm nöqtəsidir.

Dirilişi yox. Aftandil Hacıyev vəziyyətin bu həddə gəlib çatmasında ən az günahı olan şəxsdir.

Doğrudan da, bir müddət sonra Bayıl stadionunun önündə ona heykəl qoymaq lazım gələcək. ən ağır şərtlər və məhrumiyyətlər içində bağ salmaq fikrinə düşməyin özü qəhrəmanlıqdır.

Kim olsa, çıxıb gedər. Arxasına baxmadan, ona komanda yaratmağa qoymayanların üzünü ağız suyu ilə «yuyaraq».

Gündəlik məşq keçməyə normal bir meydançası olmayan, transfer etməyə, forma almağa imkanı çatmayan, yemək almağa 5 manat tapmayan komandaya komanda deyilməz, «Səbail» deyilər.

Nə işləri var kubok və çempionat yarışmasında?

Region Liqası AFFA-nın belə «oyuncaqlar»ı ilə doludur. «Səbail»i də göndərsinlər onların yanına, day bəsdir, özlərini güldürdülər. Bu şəkildə klub saxlamaq futbola təhqir və utancdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti