"Orada səhv var idi - "Zirə" qış fasiləsində daha da güclənib"

2 Fevral 2022 11:00 Səbail 618
"Orada səhv var idi - "Zirə" qış fasiləsində daha da güclənib"

“Zirə” ilə Azərbaycan Kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

Yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyunu ərəfəsində klubun rəsmi saytına açıqlama verib:

“Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib.

Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.

“Zirə” – “Səbail” qarşılaşması saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti