“2022-ci ilin ilk oyununda “Zirə” ilə qarşılaşacağıq.
Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq”.
Sportinfo.az xəbər verir ki, bunu “Səbail”in hücumçusu Nikolas Raysel klubun rəsmi saytına açıqlamasında deyib.
Fransalı ön xətt oyunçusu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə” ilə keçiriləcək matçı dəyərləndirib:
“Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıq prosesində komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm.
Mövsümün sonunadək mübarizə aparmaq üçün qalib gəlmək bizi əlavə motivasiya edəcək.
Özümə və komandama güvənirəm. Həm ilk, həm da cavab oyununa böyük əzmlə çıxacağıq”.
Bu gün keçiriləcək “Zirə” – “Səbail” görüşü saat 17:00-da başlayacaq.

