“Transfer pəncərəsi”nin bağlanmasına az qalıb, hələ bilmirik ki...”

31 Yanvar 2022 21:20 Səbail 968
“Transfer pəncərəsi”nin bağlanmasına az qalıb, hələ bilmirik ki...”

“Səbail” yoxlanışa çağırdığı 4 futbolçunu geri qaytarıb.

Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev bildirib.

"Sumqayıt"ın qapıçısı Hüseynəli Quliyev, "Sabah-2"nın yarımmüdafiəçiləri Samir Məhərrəmli və Abdulla Rzayev, həmçinin "Qarabağ-2"dən sol cinah müdafiəçisi Rəhim Cəfərli “dənizçilər”in düşərgəsindən ayrılıb:

“Biz onlarla birdəfəlik müqavilə bağlamaq istəyirdik. Hərçənd heç birinin Premyer Liqa təcrübəsi yoxdur.

Buna baxmayaraq, klubları buraxmadı. Yalnız icarəyə verə biləcəklərini dedilər, biz də razılaşmadıq.

“Transfer pəncərəsi”nin bağlanmasına az qalıb, hələ bilmirik ki, Kamran Ağayevin gedişindən sonra yaranan qapıçı problemini necə həll edəcəyik.

Daha legioner gətirmək mümkün deyil, gənclərə şans vermək istəyirik, o da belə”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti