Kamran Ağayevin paytaxt klubunda yaratdığı çətinlik niyə həll edilə bilmir? - AÇIQLAMA

25 Yanvar 2022 22:20 Səbail 945
Kamran Ağayevin paytaxt klubunda yaratdığı çətinlik niyə həll edilə bilmir? - AÇIQLAMA

"Kamran Ağayevin karyerasını bitirməsindən sonra müzakirə apardıq və yeni qapıçılarla güclənməyə qərar verdik".

Bunu Sportinfo.az-a açıqlamasında "Səbail"in qapıçılar üzər məşqçisi Fərhad Vəliyev deyib.

Kamran Ağayevin karyerasını bitirməsindən sonra paytaxt təmsilçisi yalnız Elxan Əhmədovun ümidinə qalıb. Baş məşqçi Aftandil Hacıyev də açıqlamalarında yeni qapıçı transferinin vacibliyini önə çəkib.

Amma qış fasiləsinin bitməsinə az vaxt qalsa da bayıl təmsilçisi hələ də istəyinə çata bilməyib.

Gənc mütəxəsissis davam edən susqunluğu belə izah edib: "İndiki məqamda yeni qapıçı transferi asan məsələ deyil. Araşdırma aparırıq. Yoxlanışa dəvət etdiyimiz qapıçı var. Onun da barəsində yaxın günlərdə qərar veriləcək. Başqa qapıçılarla danışıqlar da davam edir. Ən azı bir qapçı transferini planlaşdırırıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”