“Azərbaycandan getmək istəyirdi, biz qalmasını istədik”

24 Yanvar 2022 14:40 Səbail 786
“Azərbaycandan getmək istəyirdi, biz qalmasını istədik”

“Getmək istəyirdi, biz qalmasını istədik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Yurgen Qoxa Azərbaycandan ayrılmaq istəyib. Albaniyalı müdafiəçi bu qış fasiəsində karyerasını ölkəsində davam etdirmək niyyətinə düşüb.

Onunla "Teuta" yaxından maraqlanır. "Dənizçilər"lə cari mövsümün sonunadən müqaviləsi olan Qoxa əməkdaşlığa qarşılıqlı razılıq əsasənda xitam verilməsi üçün danışıqlar aparıb.

Ötən sezon "Qəbələ"nin formasını geyinmiş legioneri “Səbail”də narahat edən əsas məsələ maliyyə ilə bağlıdır. Belə ki, Bayıl təmsilıçisi müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri vaxtında yerinə yetirmir.

Bununla belə, “dənizçilər” Qoxanı getmək fikrindən daşındırmağa müvəffəq olub: “Biz ona dedik ki, mövsümü burada başa vurması lazımdır.

Çünki komandamızın aparıcı futbolçularından biridir. Normal vaxtı legioner tapmaq çətindir.

Indi qış fasiləsidir və qısa müddət ərzində Qoxanı kiminləsə əvəzləmək müşkül məsələdir. Onsuz da, komandamızda təcrübəli futbolçuların sayı azdır”.

Digər Xəbərlər
Xəbər Lenti